Moskva “Dinamo”su hücumçusu Ulvi Babayevlə müqaviləni uzadıb.
İdmanxeber.az xəbər verir ki, 21 yaşlı azərbaycanlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Müqavilədə əlavə bir mövsüm uzatma maddəsi də yer alıb.
“Dinamo”nun yetirməsi olan Babayev əsas komandanın heyətində bütün turnirlər üzrə 16 matçda 5 qol vurub.