AZ

Alman nazir: Lavrovun sviterindəki SSRİ yazısını dünyaya meydan oxumaqdır

Alyaskada keçirilən Rusiya-ABŞ prezident sammiti zamanı xarici işlər naziri Sergey Lavrovun geyindiyi sviterdəki "SSRİ" yazısı Rusiya hökumətinin revizionizminin nümunəsidir...

Poliqon xəbər verir ki, bu fikri Almaniyanın müdafiə naziri Boris Pistorius Zeit üçün yazdığı məqalədə bildirib.

"Bu, xüsusilə ABŞ-a qarşı açıq-aydın qlobal silah çağırışıdır", deyə Pistorius bildirib. O, Rusiya elitaları üçün SSRİ-nin dağılmasının Moskvanın hələ də qəbul etmədiyi bir travma olduğunu irəli sürüb.

Boris Pistorius hesab edir ki, Rusiyadakı bu cür hissləri nəzərə alsaq, ABŞ hökuməti NATO-nun ortaq kursunu izləməyə hazır olduğunu nümayiş etdirməlidir.

Ankoric sammitindən sonra Sergey Lavrov NBC-yə verdiyi açıqlamada sviterinin Moskvanın SSRİ-ni bərpa etmək planlarının sübutu olmadığını bildirib. O, hazırkı Rusiya hakimiyyətinin sadəcə "Sovet İttifaqında doğulduğunu" bildirib. Lavrov həmçinin Vladimir Putinin SSRİ-nin dağılmasından peşman olmayanların "ürəyi yoxdur", onu bərpa etmək istəyənlərin isə "beyni yoxdur" ifadəsinə istinad edib.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr