Bakı.Trend:
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasıarasında maneəsiz əlaqənin təmin olunmasına dair siyasi iradədəyişməz olaraq qalır.
Trend erməni KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri NikolPaşinyan Nazirlər Kabinetinin iclasında səsləndirib.
“Xüsusi vurğulamaq və bir daha təsdiq etmək istəyirəm ki,razılaşdırılmış çərçivə daxilində biz bu istiqamətdə irəliləməyəhazırıq, qətiyyətliyik və birmənalı şəkildə hərəkət edirik. Bu,dəfələrlə qeyd etdiyimiz prinsiplərə əsaslanmaqla Azərbaycanın əsasərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənintəmin edilməsini də əhatə edir. Bizim yanaşmamız ondan ibarətdirki, burada da münaqişə məntiqindən uzaqlaşıb sülhə uyğun normalmühitə və düşüncə tərzinə keçid etməliyik,” – deyə Paşinyanbildirib.
Ermənistanlı baş nazir qeyd edib ki, həm Ermənistanda, həm dəAzərbaycanda proses sürətli olmayacaq, çünki uzun illər davam edənmünaqişənin formalaşdırdığı narrativlər hər iki cəmiyyət daxilindəhələ də mövcuddur.
“...Biz daha praktik yanaşma qəbul etməli və işəfokuslanmalıyıq, çünki sülhün real və nəzərəçarpan faydalarımüxtəlif narrativlər, şübhələr və çağırışlar üzərində sonsuzmüzakirələrdən daha təsirli ola bilər,” – deyə Paşinyanvurğulayıb.