AZ

Qəzaya düşdü, karyerasını bitirdi

“Entoni hər dəfə nokdauna düşəndə ürəyimiz sanki köksümüzdən çıxır”

"Football-plus.az" xəbər verir ki, ağır çəkidə sabiq dünya çempionu, britaniyalı Entoni Coşuanın əmisi Adedamola Coşua Nigeriyanın “Punch” nəşrinə boksçunun karyerasını bitirdiyini bildirib: “Əsas məsələ odu ki, o boksdan getdi. Bu, bizi sevindirir, çünki o, hər dəfə rinqdə döyüşəndə emosiyalara qərq oluruq. Entoni hər dəfə nokdauna düşəndə ürəyimiz sanki köksümüzdən çıxır. Bütün bu emosional yaşantılar bizim üçün hədsiz böyük problemdi. İndi o, karyerasını bitirdiyini elan etdiyinə görə, ən yüksək alqışlara baxmayaraq, biz də xoşbəxtik”.

Xatırladaq ki, britaniyalı dekabrın 29-da Nigeriyada yol qəzasına düşüb, nəticədə onun iki dostu-məşqçisi dünyasını dəyişib. Qəza Laqos-İbadan magistral yolunda baş verib. İdmançının olduğu “Lexus” hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb. Entoni qəzadan üç gün sonda xəstəxanadan çıxıb.

36 yaşlı Coşua IBF, WBA və WBO versiyaları üzrə ağır çəkidə sabiq dünya çempionu, həmçinin 2012-ci ildə keçirilən Olimpiadanın qalibidi. Peşəkar rinqdə keçirdiyi 33 döyüşün 29-də qələbə qazanıb, 4-də uduzub.

Seçilən
20
1
football-plus.az

2Mənbələr