Ukrayna Silahlı Qüvvələri Bryansk bölgəsinə uzaqmənzilli silahlarla hücum edib.
Publika.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Boqomaz "Telegram"da məlumat yayıb.
O, hücumun "Neptun" raketləri ilə olunduğunu açıqlayıb. Bundan əlavə, bölgə üzərində altı dron vurulub. Boqomaz vurğulayıb ki, bunlar reaktiv mühərrikli dronlar olub.
Qubernator əlavə edib ki, hücum dəf edilib və itki olmayıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, 15 yanvar gecəsi Rusiya səmasında 34 Ukrayna dronu vurulub, onlardan altısı Bryansk bölgəsi üzərində zərərsizləşdirilib.