
“Kapital Bank” da biznesmen müştərilərini itirən banklar siyahısına daxil olmağı bacarıb. Bank biznesmenlərin nə az nə çox 1 milyard 232 milyon manatını əlində tuta bilməyib. Bu da hüquqi şəxslərin depozitlərinin 19.30 faizinin azalaraq 5 milyard 151 milyon manata enməsi deməkdir.
Kommersant.az xəbər verir ki, fiziki şəxslərdən yığdığı əmanətləri 542 milyon 633 min manat artıraraq 3 milyard 136 milyon manata çatdıran “Kapital Bank” depozit portfelinin artmasına nail ola bilməyib. Bankın sözügedən portfeli 1 il ərzində 689 milyon 681 min manat və ya 7.68 faiz azalaraq 8 milyard 288 milyon manata düşüb.
Yekunda “Kapital Bank”ın cəmi öhdəlikləri 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 4-cü rübündə 301 milyon 728 min manat azalaraq 10 milyard 142 milyon manata düşüb.
.news-tags {
padding-top: 10px;
}
.news-tags span {
display: inline-block;
border: 1px #999 solid;
border-radius: 3px;
padding: 0 10px;
cursor: pointer;
}
.news-tags span:hover {
background-color: #999;
color: #fff;
}
.news-tags span:hover a {
color: #fff;
}
kapital bank
Bank
cəmi öhdəliklər