AZ

Pensiya yaşına çatmadan vəsaiti əvvəlcədən almaq mümkündür?

Bakı. Trend:

Beynəlxalq təcrübədə məcburi dövlət sığorta haqqları hesabınaqeydə alınan vəsaitin vaxtından əvvəl əldə edilməsi praktikasıyoxdur.

Trend xəbərverir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyevbu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinədair keçirilən mətbuat konfransında jurnalsitlərin suallarınıcavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində pensiyakapitalı şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınanvəsaitdir:

"Biz məcburi dövlət sosial sığorta haqqları hesabına qeydəalınan vəsaitdən danışırıq. Yəni, bu vəsait pensiya hüququyarandığı halda istifadə edilə bilər. Bu, hüquqi tərəfdir. Məntiqitərəfdən baxsaq, pensiya hüququ yaranmadan bu vəsaitdən istifadənecə doğru ola bilər? Beynəlxalq təcrübədə məcburi dövlət sığortahaqqları hesabına qeydə alınan vəsaitin vaxtından əvvəl əldəedilməsi praktikası yoxdur. Gələcəkdə özəl pensiya fondları barədənəsə əlavə ödənişlər verilərsə, bu məsələyə gələcəkdə baxılabilər".

Məqalədə:
Seçilən
177
1
az.trend.az

5Mənbələr