AZ

Dağlıq Şirvan rayonlarının icra başçıları hansı ixtisaslar üzrə təhsil alıb? - SİYAHI

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Dağlıq Şirvan iqtisadi rayonuna Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Nadir oğlu Məmmədov 1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olub. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirib. 

176066

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Bağırov Rövşən Elmidar oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.     

176067

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen (Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu “Baytarlıq” ixtisası  üzrə bitirib.

176071

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Bağırov Nahid Rza oğlu 4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.

176072

Seçilən
17
azedu.az

1Mənbələr