AZ

Pikedən “Real”ın məğlubiyyətinə istehzalı reaksiya

style='margin-bottom:10px;'>

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike İspaniya Kral Kubokunda “Real”ın “Albasete”yə məğlubiyyətinə ironik reaksiya verib.

QOL.az xəbər verir ki, 1/8 final mərhələsində “Karlos Belmonte” stadionunda keçirilən oyunda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.  Pike sosial şəbəkə hesabında paylaşım edərək yazıb: “Yeni Madrid ‘Real’ı üçün yaxşı debüt. 3:2”.

Qeyd edək ki, “Real” bu məğlubiyyətlə turnirlə erkən vidalaşmalı olub. Qarşılaşma eyni zamanda komandanın yeni baş məşqçisi Alvaro Arbeloanın debüt oyunu idi. O, bu vəzifədə Xabi Alonsonu əvəzləyib.

Seçilən
46
teleqraf.com

1Mənbələr