Bakı. Trend:
Ötən gün keçmiş məcburi köçkün Orxan Fətəliyev sosialşəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından video paylaşaraqmüraciətlərinə baxılmadığını bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata, Zəngilan rayonununMəmmədbəyli kəndindən keçmiş məcburi köçkün Fətəliyev OrxanMəhəmməd oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonuBiləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildəməskunlaşıb.
İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə vəağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqətiməskunlaşma obyektlərində yaşayan ailələr köçürülür.
Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərəalaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlərtikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraqyenidən baxılacaq.
Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləriisə həqiqəti əks etdirmir. Belə ki, onun Dövlət Komitəsinə yazılımüraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb vəvətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbərşəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən dəaidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib vəmüraciəti ilə əlaqədar ona müvafiq izahat verilib.
Nəzərinizə çatdırırıq ki, Orxan Fətəliyevin atası MəhəmmədFətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəylikəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təminedilib.