AZ

Dörd erməninin qaytarılması ilə iki suriyalının Dəməşqə verilməsi arasında əlaqə yoxdur - Paşinyan

BAKI, 15 yanvar. TELEQRAF

“Azərbaycandan dörd erməni məhbusun Ermənistana qaytarılması ilə iki suriyalının Dəməşqə qaytarılması arasında əlaqə yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu iki hadisə bir-biri ilə əlaqəli deyil. Biz Suriya ilə münasibətlərimizi də inkişaf etdirmək istəyirik, bunun üçün çalışırıq. Suriya ilə bağlı dostcasına verilən bu qərarın Suriyadakı erməni icması ətrafındakı atmosferi daha əlverişli edəcəyinə ümid edirik”, - baş nazir bildirib.

Seçilən
80
teleqraf.com

1Mənbələr