"Roma" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun rəsmi saytı yayıb.
Paytaxt təmsilçisi hücum xəttini fransalı Robinyo Vazın keçidi ilə gücləndirib. Müqavilənin müddəti 2030-cu ilin yayına qədərdir. 18 yaşlı hücumçu "Olimpik Marsel"dən transfer olunub.
Robinyo Liqa bir klubunda 22 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Artyom Dovbik və Evan Ferqyusonun oyunundan narazı qalan "Roma" "Aston Villa"nın hücumçusu Daniel Mullen ilə də müqavilə imzalamaqda maraqlıdır.