AZ

Xankəndi nin yeni baş məşqçisi: Sevinirəm ki, komandanın tarixinə adım düşəcək

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Xankəndi" ilə danışıqlarımız bir neçə vaxt idi ki, davam edirdi, ancaq ortaq məxrəcə gələ bilmirdik. Nəhayət ötən gün razılaşdıq və rəsmi müqaviləyə imza atdım". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin yeni baş məşqçisi Zaur Hacıyev deyib.B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis yeni komandasının hədəflərindən söz açıb: "Xankəndi bizim tarixi şəhərimizdir. Onun adını daşıyan komanda daha üst liqalarda oynamalıdır. Həm ölkəmizi, həm də şəhərimizi layiqincə təmsil etməliyik. Mənim üçün məsuliyyətli işdir. Sevinirəm ki, komandanın tarixinə adım düşəcək. Çempionatda "Qaradağ Lökbatan" kimi Birinci Liqa təcrübəsi olan komandanın olduğunu dərk edirəm. Bir neçə transfer etməyi planlaşdırırıq. Komandanın məşqçi heyəti, struktur və futbolçu heyətində dəyişiklik olacaq".Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
sport24.az

1Mənbələr