AZ

Süni intellekt ədəbsiz görüntülər yayır?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-li iş adamı İlon Mask ona məxsus "xAI" şirkəti tərəfindən hazırlanmış və "X" platformasına inteqrasiya edilmiş süni intellekt söhbət botu "Grok"-un yetkinlik yaşına çatmayanlara aid ədəbsiz məzmunlar yaratdığına dair məlumatdan xəbərsiz olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Mask sosial media platforması "X"-də "Grok" ilə bağlı iddialara münasibət bildirib.

O, "Grok"-un yetkinlik yaşına çatmayanlara aid ədəbsiz görüntülər yaratmasından xəbərdar olmadığını deyib: “"Grok" özbaşına görüntü yaratmır. Bunu yalnız istifadəçi tələbləri əsasında edir”.

Mask əlavə edib ki, "Grok"-dan görüntü yaratmaq tələb olunduqda, o, qanunsuz məzmun yaratmaqdan imtina edir. Onun sözlərinə görə, söhbət botunun əsas iş prinsipi fəaliyyət göstərdiyi ölkə və ya ştatın qanunlarına əməl etməkdir.

O, həmçinin qeyd edib ki, "Grok"-a qarşı yönəlmiş komanda və sorğuların “pis niyyətlə sındırılması” gözlənilməz nəticələrə səbəb ola bilər və belə hallar baş verdikdə dərhal düzəliş ediləcəyini vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
179
1
cebheinfo.az

2Mənbələr