AZ

Avropa ölkələrinin bir qrup hərbçisi Qrenlandiyaya çatıb

Avropa ölkələrinin bir qrup hərbçisi Qrenlandiyaya çatıb.

APA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, ötən gecə Danimarka ordusuna məxsus “Hercules” hərbi-nəqliyyat təyyarəsi Nuuk hava limanına enib. Təyyarədə Danimarka hərbçiləri və Fransa ordusunun nümayəndələri olub. Bundan əlavə, adanın qərbindəki Kangerlussuaq şəhərinə başqa bir “Hercules” təyyarəsi də enib. Bu gün Bundesverin hərbiçiləri də onlara qoşulacaq.

Qrenlandiyada hərbi bölmələrin yerləşdirilməsi missiyasına, həmçinin, Böyük Britaniya, Kanada, Niderland, Norveç və İsveç də qatılacaq.

Fransa Prezidenti Emmanuel Makron “X”-də fransız hərbçilərinin Danimarka tərəfindən digər Avropa tərəfdaşları ilə birgə təşkil olunan təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya göndərildiyini bildirib.

Makron qeyd edib ki, birləşmiş hərbi qüvvələr Danimarka tərəfindən Qrenlandiyada təşkil olunan birgə təlimlərdə — “Arktik Dözümlülük” əməliyyatında iştirak edəcəklər.

Bildirilir ki, hərbçilərin yerləşdirilməsi üçün hazırlıq son günlərdə aparılıb və gizli saxlanılıb. Müxtəlif ölkələrin Silahlı Qüvvələrinin nümayəndələri Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqların uğursuzluğundan sonra adaya yola düşüblər.

Seçilən
40
2
apa.az

3Mənbələr