Türkiyə İranla bağlı hadisələri yaxından izləyir.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil.
“İranın beynəlxalq aktorlarla problemlərini həll etməsi və qeyri-stabilliyə gətirib çıxaracaq hadisələrin baş verməməsi Türkiyənin xeyrinədir”, - Hakan Fidan deyib.
Türkiyəli nazir ABŞ və İran arasında problemlərin ya birbaşa, ya da vasitəçilərin iştirakı ilə dialoq vasitəsilə həll olunacağına ümid etdiyini vurğulayıb.