AZ

Mirşahin Ağayev: Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalıdır

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan dilinin keçdiyi tarixi yola nəzər salmaq, onun hansı çətin mərhələlərdən keçərək bu günə gəlib çatdığını dərk etmək olduqca vacibdir. Dilin qorunması yalnız dövlətin deyil, eyni zamanda cəmiyyətin özündən asılı olan bir məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev deyib.

O qeyd edib ki, Azərbaycan dilinin qorunması məsələsinə bir çox tərəfdən yanaşmaq lazımdır. Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın şəkildə göstərir.

“Biz Azərbaycan dilinin müdafiəsinə Azərbaycan torpaqlarının müdafiəsi kimi həssas və məsuliyyətli yanaşmalıyıq. Çünki dil milli kimliyimizin əsas sütunlarından biridir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalı, hər birimiz bu yol xəritəsinə uyğun şəkildə ana dilimizin qorunmasına və inkişafına töhfə verməliyik”,-deyə M.Ağayev bildirib.

 

Seçilən
88
azertag.az

1Mənbələr