İstanbulun Kağıthane rayonunda təmir sexinin qarşısında dayanan avtomobilə girən kişi baş verən yanğında ölüb.
Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, məlumata görə, kirayə haqqını ödəyə bilmədiyi üçün yaşadığı evdən çıxarılan 66 yaşlı Cemal Ertürk bir müddətdir küçədə yaşayırmış.
Soyuq havadan qorunmaq məqsədilə gecəni bir təmirxananın qarşısında park edilmiş avtomobildə keçirmək istəyən Ertürk avtomobildə baş verən yanğın nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Həmidə İbrahimova