GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək üçün razılaşdırılmış çərçivədə siyasi iradəni təsdiqləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.
“Bizim siyasi iradəmizi vurğulamaq və təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivədə biz hazırıq, niyyətliyik və mütləq bu istiqamətdə irəliləyəcəyik. O cümlədən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək istiqamətində artıq dəfələrlə danışdığımız prinsiplər çərçivəsində hərəkət edəcəyik. Bizim mövqeyimiz belədir ki, burada da konfliktin məntiqini bir kənara qoymalı və normal, sülhsevər atmosfer və düşüncə tərzinə keçməliyik,” — deyə, Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu proses həm Ermənistanda, həm də Azərbaycanda sürətli olmayacaq, çünki uzun müddət davam edən münaqişənin yaratdığı diskurslar hər iki cəmiyyətdə hələ də mövcuddur.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.