AZ

BİZƏ YAZIRLAR 

Bildirirəm ki, oğlum Mirzəyev Cavid Cahangir oğlu 12 ilədək qeydri rəsmi ailə münasibətində olduğu Ağdaş rayon sakini Leyla Bayramova ilə münasibətləri pozulmuşdur, bildirdiyinə görə hər hansı qeyri etik davranış qaydalarına görə olmuşdur. Bundan sonra oğlum Mirzəyev Cavid Cahangir oğlu Ağdaş rayonundan çıxmış və Bakı şəhərinə gəlmişdir. Mənbəyi bilinməyən məlumatlara görə Leyla Bayramova 26.10.2024-cü il tarixdə, saat 14:00 radələrində 28 ədəd ESPA 10 dərman preparatı qəbul etmiş, saat 16:00-da təcili tibbi yardıma müraciət etmişdir. Saat 16:16-da təcili tibbi yardım ünvana yaxılaşmış, lakin heç bir tibbi yardım göstərmədən xəstəxanaya aparmışdır.

Xəstəxanananın həkimi terapevt Kazımova Nüşabə Qeys qızı məhkəmədə bildirmişdir ki, Leyla Bayramovanın bildirməsinə görə 28 ədəd ESPA 10 dərmanı qəbul etmişdir. Kazımova Nüşabə Qeys qızı bildirmişdir ki, “xəstədə heç bir zəhərlənmə halı müşahidə olunmamışdır, ancaq buna baxmayaraq ona 2 ədəd rinqer sistem köçürdüm, mədəsini suni yolla yudum, saturası və təzyiqi normal idi, hətta qaraciyərin UZİ etdim, heçbir problem olmadı özü ayağa duraraq xəstəxananı tərk edib getdi” Buna bxmayaraq Ağdaş Rayon MTE Nasir İsgəndərov bildirir ki, xəstə Leyla Bayramova naməlum etalonlu tabletkadan qısa müddətli zəhərlənmişdir. Həkim Nasir İsgəndərov heç bir analiz götürmədən, ekspertiza aaparmadan zəhərlənməni hansı formada oluğunu sübut edir? Ağdaş rayon prokurorluğunun müstəntiqi Paşayev Rəfail Ərəstun oğlunun 240226011 saylıcinayət işi üzrə Azərbaycan Respublikası CM-in 125 və 134- cü maddələri ilə Mirzəyev Cavid Cahangir oğlunun barəsində cinayət işi başlanılmışdır və həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətinicinayət işi üzrə toplanmış ilkin materiallarla birlikdə Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 25.12.2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilmiş, Mirzəyev Cavid Cahangir oğlu həbs qətimkan tədbiri seçilmişdir. 

Bildirmək istəyirəm ki, qeyd edilən cinayət işi üzrə Mirzəyev Cavid Cahangir oğlunun təqsiri olmamışdır, hüquq mühafizə orqanları və məhkəmə əsassız olaraq qərəz göstərmişdir. 

Daha sonra istintaq dövründə Ağdaş Ryon Prokurorluğunun qərarına əsasən zərərçəkmiş şəxsə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Bildirmək istəyirəm ki, ekspert rəyi verilərkən şəxsin saturası yerində olmuşdur və heç bir zəhərlənmə halı müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs Leyla Bayramovanın guya qəbul etdiyi ESPA 10 adlı dərman preparatının 28 ədədini qəbul edərək yaşaması qeyri-mümkün olduğu halda həkimlərimizin və müstəntiqimizin səyi nəticəsində intihara cəhd kimi qiymətləndirilmişdir.

Daha sonra cinayət işi Ağdaş rayon məhkəməsinə verilmişdir, Dəfələrlə Ağdaş rayon məhkəməsini hakimlərinə və məhkəməyə etirazlar olunmasına baxmayaraq məhkəmə görməzdən gəlmiş və ittiham etməyə davam etmişdir. 15.09.2022-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, “Bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyri-humanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı (hədə-qorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir. Cinayət maddi tərkibli olmaqla, zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir. Bu baxımdan zərərçəkmişin həqiqətən özünü öldürməyə cəhd etməsi, intihara cəhdin “səhnələşdirilmə” olmaması dəqiq müəyyən edilməlidir.

Eyni zamanda bu cinayət tərkibinin yaranması üçün təqsirkarın hərəkətləri ilə zərərçəkmişin intiharı və ya ona cəhd arasında səbəbli əlaqə olmalıdır.Maddədə özünü öldürmə həddinə çatdırma əməlinin törədilməsinin üsulları dəqiq göstərilmişdir: amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə. Bu baxımdan, bir şəxsin digər hüquqa zidd hərəkətləri (məsələn, əmək haqqının ödənilməsinin sistematik gecikdirilməsi, borcun vaxtında qaytarılmaması) nəticəsində digər şəxsin özünü öldürmə həddinə çatması, bu maddə ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Eyni zamanda, şəxsin hər hansı qanuna zidd olmayan hərəkətləri (qanuni əsaslarla əmək münasibətlərinə xitam verilməsi, evlilik təklifinin rədd edilməsi, törədilən cinayət barəsində məlumatın verilməsi və s.) nəticəsində digər şəxsin intihar etməsi də bu maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaratmır.”

Cahangir Mirzəyev,
Müharibə veteranı
Fizuli rayonu, Böyük Pirəhmədli kəndi

 

Seçilən
15
adalet.az

1Mənbələr