AZ

​Türkiyəni qarışdıran iddia:

Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı çərçivəsində daha 19 nəfər həbs olunub. Metbuat.az xəbər verir ki, saxlanılanlar arasında tanınmış voleybolçu Derya Çayırgan da var. O, bu gün səhər saatlarında polis əməkdaşlarının keçirdiyi əməlliyyat nəticəsində həbs edilib. Türkiyənin nüfuzlu “Milliyet” qəzeti hadisənin detallarını açıqlayıb. KİV Derya Çayırganın sosial media fenomeni Rabia Karacanın ifadəsi əsasında saxlanıldığını yazıb. Hazırda istintaq altında olan Rabia Karaca voleybolçunun məşhurlar üçün narkotik maddə daşıdığını, hətta gənc qızları pul qarşılığında varlı kişilərlə görüşdürdüyünü iddia edib. Bundan sonra Derya Çayırgana “pul qarşılığında fahişəliyə cəlb etmə” ittihamı irəli sürülüb. “Milliyyet” qəzeti sensasiya sayılacaq iddia ilə çıxış edəb. Qəzet Derya Çayırganın hazırda həbsdə olan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun sevgilisi olduğunu yazıb.

Bu iddia sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub.

Seçilən
43
1
metbuat.az

2Mənbələr