AZ

İran vətəndaşları asayişi və təhlükəsizliyini qorumağa borcludur – Əraqçi

Bakı. Trend:

İran öz vətəndaşlarını, asayişi və milli təhlükəsizliyiniqorumaq istiqamətində öz borcunu yerinə yetirməkdədir.

Trend-inməlumatına görə, bu, İranın xarici işlər naziri Seyid AbbasƏraqçinin BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubda özəksini tapıb.

Onun sözlərinə görə, İran hökuməti dinc aksiyaların vətoplantıların təşkil olunması hüququ ilə bağlı öz vətəndaşlarıqarşısında insan haqları öhdəliklərini dərk edir və destabillikləqarşılaşmada maksimum şəkildə təmkinli olmaq istiqamətində bütünlazımi addımları atıb.

Əraqçi bildirib ki, 28 dekabrdan etibarən iqtisadi məsələlərləəlaqədar İranda dinc etiraz aksiyaları başlayıb. Lakin 8-10 yanvartarixlərində terrorçu şəxslərin müdaxiləsi ilə dinc etirazaksiyaları silahlı iğtişaşlara çevrilib. Bu iğtişaşlardavətəndaşlara, dövlət məmurlarına qarşı ən dəhşətli cinayətlərtörədilib. Çoxlu sayda təcili yardım maşınları, yanğınsöndürməmaşınları, tibb mərkəzləri, yaşayış massivləri və dini obyektləryandırılıb.

İranlı nazir əlavə edib ki, iğtişaşlar zamanı qanunu tətbiq edənçoxlu sayda hüquq-mühafizə qüvvəsi öldürülüb və yaralanıb. Çoxlusayda hüquq-mühafizə əməkdaşının yaralı olması bir tərəfdən onlarıntəmkinli olduğunu, digər tərəfdən terrorçular tərəfindənzorakılığın səviyyəsini əks etdirir.

“ABŞ-nin sabiq və hazırkı rəsmilrinin İrandakı etirazlarla bağlıtəhrikedici açıqlamaları BMT nizamnaməsi, beynəlxalq hüquqnormalarının açıq-aşkar şəkildə pozuzlmasıdır. Dinc etirazlardan özsiyasi məqsədlərinə nail olmaq üçün İran vətəndaşlarının həyatınıtəhlükəyə atmaq insan haqlarına qarşı addım hesab olunur.

12 yanvarda hökumətə dəstək yürüşündə İran vətəndaşlarınıniştirakı isə onların milli birliyə, qanun və asayişin qorunmasınahörmətlə yanaşmaq üzrə iradəsini əks etdirib”, - deyə obildirib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Seçilən
108
az.trend.az

1Mənbələr