AZ

Xameneinin oğlu Dubaya milyardlarla dollar köçürüb?

Ajans.az İsrailin “Channel 14” televiziya kanalına istinadən xəbər verir ki,maliyyə köçürmələri ənənəvi bank sistemi vasitəsilə deyil, kriptovalyuta üzərindən həyata keçirilib. Bildirilir ki, Müctəba Xamenei təkcə bir kriptovalyuta ünvanına təxminən 328 milyon dollar göndərib. İsrail mediası eyni zamanda İranın ən böyük beş bankının son günlərdə iflas həddinə çatdığını iddia edir. Həmin banklar arasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə birbaşa əlaqəli olan Bank Sepahın da olduğu qeyd olunur. Bu iddia edilən iri maliyyə köçürmələri fonunda İranda iqtisadi böhranın dərinləşdiyi, eləcə də ölkə daxilində kütləvi etirazların artdığı bildirilir.

 

Seçilən
133
Ajans.az

1Mənbələr