AZ

Qayda pozan sürücü dairədə hərəkət edən maşını vurdu ANBAAN VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zabrat-Maştağa yolunda kobud qayda pozan sürücü qəzaya səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 14-də saat 12:07 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, “Mercedes” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkətdə olan avtomobili gözləmədən yoluna davam edib və bu zaman görüntünü qeydə alan maşını vurub.

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında “4.3 – Dairəvi hərəkət” nişanı qoyulduqda, sürücülər dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Nərmin

Oxunub 194

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
avtosfer.az

1Mənbələr