AZ

Türkiyə Rumıniya və Estoniyaya qırıcı təyyarələr göndərəcək

ain.az bildirir, Apa.az portalına istinadən.

Türkiyə Estoniya və Rumıniyaya qırıcı təyyarə göndərməyi planlaşdırır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələr NATO-nun hava polisliyi missiyaları çərçivəsində sözügedən ölkələrə göndəriləcəklər.

“Türkiyə müttəfiq ölkələrin hava sahəsinin sülh dövründə qorunması məqsədilə keçirilən NATO-nun hava polisliyi əməliyyatlarına əhəmiyyətli töhfələr verib”,- nazirlik qeyd edib.

Qeyd edək ki, Türkiyə iyul ayında NATO sammitinə ev sahibliyi edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
6
apa.az

7Mənbələr