AZ

Bu universitetlər birləşdirilə bilər

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Xüsusilə sosial şəbəkələrdə bu mövzuda müxtəlif məlumatlar oxunsa da, universitetlərin birləşdirilməsi ilə bağlı yaxın vaxtlarda konkret bir addım atılacağını şəxsən gözləmirəm. Təbii ki, bu, mənim subyektiv fikrim və şəxsi yanaşmamdır”.Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri deyib. O bildirib ki, bu prosesin  qısa müddətdə baş verməsi real görünmür:“Birincisi, ölkədə tələbə sayı ildən-ilə artır. Qəbul imtahanlarına qeydiyyatdan keçən abituriyentlərin sayı hər il yüksəlir. Eyni zamanda universitetlərə olan tələbat və ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı da ildən-ilə artır. Hətta bu il həmin plan yerlərinin daha da artırılması gözlənilir. Bununla yanaşı, əlavə universitetlərin yaradılması istiqamətində də işlər aparılır. Bu ali təhsil müəssisələri ya filial formasında, ya xarici universitetlərlə ikili diplom proqramları çərçivəsində, ya da birbaşa xarici universitetlərin filialları kimi fəaliyyət göstərir. Türkiyə, İtaliya və digər ölkələrlə birgə yaradılan universitetlərin sayının artacağı da gözlənilir”.Onun sözlərinə görə, belə bir şəraitdə universitetlərin kütləvi şəkildə birləşdirilməsi inandırıcı görünmür:“Doğrudur, bu barədə müəyyən informasiyalar dolaşır və hətta bir neçə təhsil mütəxəssisi ilə bu mövzuda fikir mübadiləsi də aparmışam. mümkün olan yeganə variant uyğun profilli universitetlərin bir-biri ilə birləşdirilməsidir. Məsələn, tədris istiqamətləri bir-birinə yaxın olan iki ali təhsil müəssisəsinin birləşdirilməsi baş verə bilər. Ancaq bundan kənar, fərqli profilli universitetlərin birləşdiriləcəyini gözləmirəm. Əksinə, gələcəkdə əsas müzakirə mövzusu universitetlərin sayının azaldılması deyil, artırılması olacaq və düşünürəm ki, proseslər də məhz bu istiqamətdə inkişaf edəcək”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
demokrat.az

1Mənbələr