AZ

Bir birinə oxşar iki torpaq sahəsinin qiyməti arasında 2 dəfə fərq olur AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində artım qeydə alınıb. Bir il üçün 37 % kifayət qədər böyük bir rəqəmdir və bunu əsaslandıracaq, sübut edəcək müqayisəli rəqəmlər ortaya qoyulmalıdır”. Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.O deyib ki, Bakı şəhərində torpaq sahələrinə münasibət və yanaşma kifayət qədər ciddi şəkildə son illərdə dəyişib:

“Şəhərin mərkəzi rayonlarında torpaq sahələrinin sayı artıq məhdudlaşıbdır. Satışa çıxan torpaq sahələri, demək olar ki, yox dərəcəsindədir. Eyni zamanda torpaq sahələrinin qiymətləri də ölçüsündən, yerləşməsindən asılı olaraq dəyişir. Ola bilər ki, 2 kilometrlik bir radiusda bir-birinə oxşar iki torpaq sahəsinin qiyməti arasında iki dəfəyə yaxın fərq olsun. Bu məsələlərə də diqqət etmək lazımdır. Hər ikisinin təyinatı da eynidir, kommersiya təyinatlıdır”. O bildirib ki, amma birisi kommersiya obyekti üçün kifayət qədər əlverişlidir:“Sahəsi böyükdür, müəyyən olunmuş sıxlıq əmsallarına uyğun olaraq gəlirliliyi təmin edəcək səviyyədə obyekt tikmək mümkündür. Amma digərinin ölçüləri elə səviyyədədir ki, həmin əraziyə investisiya qoymağa heç ehtiyac da yoxdur. Çünki ərazi kiçikdir. Orada tikiləcək kommersiya obyektinin ölçüləri də faktiki olaraq kifayət qədər kiçik olacaq və çəkilmiş xərcləri daxil olmaqla ümumi satışdan qarşılamaq imkanında deyil.  Bir il ərzində 37 % qiymət dəyişməsi real görünmür. Bu mənada bu rəqəmlərin haradan və hansı əsaslandırmanın nəticəsində meydana gəldiyini, zənnimcə, ortaya çıxarmaq lazımdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
131
demokrat.az

1Mənbələr