AZ

Qlobal iş yerlərinin 40 faizinin süni intellektə dair dəyişikliklərə məruz qalması ixtisarlarla bağlı narahatlıqları artırır

Bakı, 15 yanvar, AZƏRTAC

Qlobal miqyasda iş yerlərinin təxminən 40 faizi süni intellektlə idarə olunan dəyişikliklərə məruz qalıb. Bu da iş yerlərinin itirilməsi və bəzi qruplar üçün imkanların azalması ilə bağlı narahatlıqları artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgievanın bloq yazısında bildirilib.

Qeyd olunub ki, hazırda əmək bazarındakı transformasiya işçilər arasında narahatlıq doğurur, çünki onlar süni intellekt səbəbindən işlərini itirməkdən narahatdırlar. Bu da işçi qüvvəsini işin gələcəyinə hazırlayan və süni intellektdən əldə edilən qazancın geniş kütlə arasında yayılmasını təmin edən proaktiv və əhatəli siyasətlərə olan ehtiyacın vacibliyini göstərir. Hazırda yeni bacarıqlar əldə edən işçilər daha yüksək gəlir əldə edirlər. Süni intellektlə əlaqəli bacarıqlar yüksək əmək haqqı gəliri təmin edir, lakin bu, hələlik digər yeni sahələrdə olduğu qədər məşğulluq artımına töhfə verməyib. Bu vəziyyət, xüsusən də başlanğıc səviyyəli iş yerlərinin süni intellektə daha çox məruz qaldığı üçün karyeralarına yeni başlayan gənclərə əlavə çətinliklər yaradır. Siyasət seçimləri işçilərin və şirkətlərin süni intellekt inqilabına nə dərəcədə hazır olduqlarını müəyyən edəcək. Çünki süni intellektin iqtisadiyyatları nə dərəcədə gücləndirəcəyi bu hazırlıq səviyyəsindən asılıdır. Bu kontekstdə bacarıqlara investisiya qoyuluşu, iş yerlərində dəyişikliklər zamanı işçiləri dəstəkləməsi və bazarları rəqabətli saxlamaqla innovasiyanın bütövlükdə cəmiyyətə fayda verməsinin təmin edilməsi vacibdir.

Vurğulanır ki, Bacarıqların Bərabərsizliyi İndeksinə üzrə ölkələr mövcud şərtlərə görə iki qrupa bölünüb. Yeni bacarıqlara tələbatın yüksək, lakin təklifin qeyri-kafi olduğu Braziliya, Meksika və İsveç kimi ölkələrin elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsilə daha çox investisiya qoymalıdır. İstedadlarla bağlı təklifin nisbətən bol və tələbatın daha məhdud olduğu Avstraliya, İrlandiya və Polşa kimi ölkələrin üzləşdiyi əsas çətinlik innovasiyanı təşviq etmək və şirkətlərin mövcud istedadlardan daha effektiv istifadə etməsinə imkan yaratmaqdır. Bu baxımdan da, innovasiyanı və yeni şirkətlərin yaradılmasını dəstəkləyən və biznesin maliyyə resurslarına çıxışını asanlaşdıran islahatlar daha faydalı ola bilər.

 

Seçilən
131
1
azertag.az

2Mənbələr