"Football-plus.az" xəbər verir ki, Fransalı yarımmüdafiəçinin məlum olduğu kimi ''Fənər''də debütü çox uğurlu alınmış və o, superkubokun finalında ''Qalatasaray''a qələbə qolunu vurmuşdu. Özil ''Arsenal''da Genduzi ilə birlikdə top qovub.
Hazırda 37 yaşı olan Məsut bunları deyib:
''Genduzi həqiqətən əla futbolçudu. Önəmli bir ulduzdu. ''Fənərbaxça''da ona uğurlar arzulayıram. İlk oyundaca, üstəlik ''Qalatasaray'' kimi rəqibə qarşı özünü sübut etməyi bacardı. Həm müdafiəyə, həm də hücuma çox fayda verir. Meydanda bir an olsun dayanmayan, mübarizə aparmağı sevən, fərqli özəllikləri olan futbolçudu. Ümumiyyətlə, Domeniko Tedeskonun təyinatı komandaya çox pozitiv ab-hava gətirdi. ''Fənərbaxça''nın zatən istedadlı futbolçuları var. Gözəl heyət qurulub. Derbidə ''Fənər''in ifasında pozitiv və doğru bir futbol izlədik. Oyunçuların enerjisi və bir-biri ilə anlaşması ən yüksək səviyyədədi. Ancaq Avropada da uğur qazanmağa və kubok qaldirmağa cəhd etmək lazımdı. İnşallah Avropada da uğur qazanarlar''.