AZ

Kenan Yıldızın kapitanı “Qalatasaray”ın gündəmində

“Qalatasaray” heyətini gücləndirmək üçün yarımmüdafiə xəttinə transfer planlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus”un  kapitanı Manuel Lokatelli “sarı-qırmızılar”ın transfer siyahısına daxil edilib.

Məlumata görə, 28 yaşlı yarımmüdafiəçi ilə bağlı “Qalatasaray” rəhbərliyi Turin klubu ilə ilkin təmaslara başlayıb. Transferin satınalma opsiyonu ilə icarə variantı üzərində müzakirələrin aparıldığı bildirilir.

Qeyd edək ki, Manuel Lokatelli hazırda “Yuventus”da Kenan Yıldızın kapitanıdır və təcrübəsi ilə “Qalatasaray”ın orta xəttinə ciddi töhfə verə biləcəyi vurğulanır.

Seçilən
89
idmanxeber.az

1Mənbələr