
ABŞ təyyarədaşıyan gəmisi döyüş qrupu ilə birlikdə Cənubi Çin dənizindən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ərazisinə doğru hərəkət edib.
Missiya.Az xəbər verir ki, bu barədə “News Nation” telekanalı məlumat yayıb.
Bildirilib ki, hərəkət bölgədəki artan gərginlik və Tehranla Vaşinqton arasında riskli situasiyaları nəzərə alaraq həyata keçirilir.
Qeyd olunub ki, təyyarədaşıyan gəmiyə ən azı bir sualtı qayıq və digər döyüş gəmiləri də qoşulub, əməliyyatın məqsədi regionda mövcud hərbi mövqeyi gücləndirməkdir.
Daşqın HəsənovMissiya.Az