AZ

ABŞ Azərbaycan vətəndaşlarına viza verməyəcəyi haqda xəbərə aydınlıq gətirdi

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərini müvəqqəti olaraq dayandıracaq.

Axşam.az xəbər verir ki, bununla bağlı dünyanın ən məşhur saytları məqalə dərc edib. "The guardian" nəşrində yer alan məqalədə bildirilib ki, qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi isə hələlik açıqlanmayıb.

Məqsəd sonradan sosial təminat və dövlət güzəştlərindən istifadə edəcək xarici vətəndaşların ölkəyə girişinin qarşısını almaqdır. Bəyanatda yer alıb ki, qərar ABŞ yeni immiqrantların Amerika xalqından sərvət əldə etməyəcəyinə əmin olana qədər qüvvədə qalacaq.

Açıqlanan siyahıya Əfqanıstan, Albaniya, Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, Bosniya, Braziliya, Kuba, Misir, Gürcüstan, Haiti, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Livan, Liviya, Moldova, Mərakeş, Nigeriya, Pakistan, Rusiya, Somali, Sudan, Suriya, Tunis, Özbəkistan və Yəmən daxil olmaqla ümumilikdə 75 ölkə daxildir.

***

 ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında bununla bağlı paylaşım edib.

“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
axsam.az

1Mənbələr