AZ

SEPAH fövqaladə vəziyyətə keçdi

İranda 2 min 615 nəfərin aksiyalarda həlak olduğu etirazlar davam edərkən, həm ABŞ Prezidenti Donald Trampın təhdidləri, həm də aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə yönləndirilməsi Tehran rəhbərliyini fövqaladə vəziyyətə gətirib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək hazırlıq rejiminə keçib.

SEPAH-ın Ordu komandiri Muhammed Kərəmi ölkənin dövlət mediasına verdiyi açıqlamada bildirib ki, hazırlıq səviyyəmiz mümkün olan ən yüksək həddədir:

"Silahlı qüvvələrimiz düşmənlərimizin edəcəyi istənilən səhvə qəti cavab verməyə hazırdır", - deyə o vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
120
missiya.az

1Mənbələr