AZ

Zinçenkodan "meşəbəyilər" də razı deyil

"Nottingem Forest" "Arsenal"dan cari mövsümün sonunadək icarəyə götürdüyü ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun performansından məyusdur.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, "meşəbəyilər" arxa xətt oyunçusunun icarə müqaviləsini vaxtından əvvəl pozmağa hazırdırlar.

İngiltərə Premyer Liqasında lider mövqeyində qərarlaşan "Arsenal"ın Zinçenkoya ehtiyacı olmadığını xatırladan mənbə son qərarı "Nottingem"in verəcəyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm formasını geyindiyi komanda ilə bütün turnirlərdə 10 matça çıxan Zinçenko məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Nihat 

Seçilən
139
1
fanat.az

2Mənbələr