Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyanın əmək və sosial müdafiə nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı evində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Life.ru” SHOT Telegram kanalına istinadən məlumat yayıb.
Kanaldakı mənbənin məlumatına görə, 50 yaşlı Sklyar ölümündən əvvəl dostlarına mesajlar göndərərək hadisədə həyat yoldaşını günahlandırıb. Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.
SHOT-un məlumatına görə, xilasedicilər hadisə günü keçmiş məmurun evinin yerləşdiyi Filimonkovskoye kəndinə çatıblar. Sklyarın evinin qapısı açıq idi və cəsədi girişdə tapılıb. Hazırda istintaq orqanları hadisənin səbəblərini müəyyənləşdirir.
Qeyd edək ki, Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinin inkişafı və dövlət xidmətlərinin elektron şəkildə göstərilməsi ilə bağlı sahələrə nəzarət edib. 2022-ci ildə Baş nazir Mixail Mişustinin əmri ilə vəzifəsindən azad edilib.
Maqsud
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.