Bəs hansı səbəbdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN və SOCAR susqunluq nümayiş etdirərək faktiki olaraq icra hakimiyyəti başçısının məsuliyyəini bölüşürlər?..
Binəqədi-Novxanı yolunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur. Yol kənarında, neft pompalarının yaxınlığında heç bir məlumat lövhəsi, icazə sənədi olmadan sürətlə ucaldılan tikililər bir sualı gündəmə gətirir: Bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?
Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, hər bir tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı və rəsmi sənədlər əsasında aparılmalıdır.
Lakin Binəqədi-Novxanı yolunda (dəyirman yolu) gedən tikinti prosesində bu tələblərin heç birinə əməl olunmadığı iddia edilir.

AzFakt.com xəbər verir ki, nə ərazidə ictimai məlumatlandırma lövhəsi var, nə də təhlükəsizlik normalarına riayət edilir.
Bəs işlək neft buruqları yaxınlığında tikintilər kim himayədarlıq edir. Maklerlər ev inşa edib, rahatlıqla satışını həyata keçirirlər.
Sual olunur: Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-İ eləcə də digər nəzarət orqanları bu tikintidən xəbərsizdir, yoxsa xəbərdar olub göz yumurlar?
Əgər xəbərsizdirlərsə, nəzarət mexanizmləri niyə işləmir? Əgər xəbərdardırlar və tədbir görülmürsə, bu, artıq himayədarlıq şübhələrini yaradır.

AzFakt.com-a daxil olan məlumata görə Binəqədi-Novxanı yolunda aparılan qanunsuz tikinti işlərinə icazəni birbaşa Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilir. Qeyd edək ki, icra hakimiyyətinin belə bir səlahiyyəti olmasa da, icazələr alınan rüşvət hesabına verilir və bu artıq bir çox icra hakimiyyətlərində sistem halına gəlib.
Bəs Binəqədi-Novxanı yolunda aparılan qanunsuz tikintilərdən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev nə qədər məlumatlıdır?

Mənbələrimiz bildiri ki, Binəqədidə həyata keçirilən hər bir qanunsuz tikili barədə icra başçısı mütamadi olaraq məlumatlandırılır və onun birbaşa icazəsi olmadan rayon ərazisində, hətta qanuni icazəsi olsa belə, heç kim tikintiyə başlaya bilməz. Ona görə də Binəqədi–Novxanı yolunda aparılan qanunsuz tikinti işlərinə görə icra başçısə Elxan Abdullayevin birbaşa məsuliyyət daşıması da ərazidə yaşayan insarda heç bir şübhə doğurmur.

Maraqlıdır ki, icra başçısının səlahiyyətindən fəaliyyətinə digər əlaqədar qurumlar qanun çərçivəsində reaksiya vermir. Bəs hansı səbəbdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN və SOCAR susqunluq nümayiş etdirərək faktiki olaraq icra hakimiyyəti başçısının məsuliyyəini bölüşürlər? Bəs sabah hər hansı bir bədbəxt hadisə baş verərsə, məsuliyyəi kim daşıyacaq. Təbii ki, məsuliyyət Elxan Abdullayevdən daha çox, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN rəhbərliyi məsuliyyət daşıyacaqlar. Çünki qanunsuz bir tikilinin layihə və təhlükəsizliyindən Elxan Abdullayev deyil, bu qurumlar məsuldurlar. Əgər bu qurumlar susurlarsa, demək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin yol verdikləri qanunsuzluqların şərikidirlər. Bu şəriklik isə qanunsuz tikililərin sürətlə və göbələk kimi artmasına səbəb olduğu kimi, həm də ölkə miqyasında qapalı bir sistemin formalaşdığından xəbər verir.
Hər bir halda Allah bədbəxt hadislərdən və fəlakətlərdən qorusun. Çünki baş verəcək hər hansı bir hadisənin qurbanları tikinti işlərini aparanlar və onlara icazə verənlər deyil, saddə vətəndaşlar olacaq.
Poliqon.info