AZ

Avropa hərbçiləri Qrenlandiyada

ABŞ-da aparılan diplomatik danışıqların nəticəsiz başa çatmasından cəmi yeddi saat sonra ilk Avropa hərbi bölmələri Qrenlandiyaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Jurnalistlərin yazdığına görə, ötən gecə adanın paytaxtı Nuuk şəhərinə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus Hercules tipli nəqliyyat təyyarəsi enib. Təyyarənin göyərtəsində fransız hərbçilər olub. Daha bir hərbi təyyarə Kangerlussuaq hava limanına eniş edib. Eyni zamanda Almaniyadan hərbi kontingentin də yaxın vaxtlarda Qrenlandiyaya gələcəyi gözlənilir.

Məlumata görə, əməliyyatın koordinasiyası birbaşa Kopenhagendən həyata keçirilir və NATO-nun komanda strukturlarından kənar aparılır. Qeyd olunur ki, əməliyyata geniş beynəlxalq koalisiya qoşulub. Hazırda Niderland, Kanada, İsveç, Böyük Britaniya və Norveç hərbi qüvvələri də ada istiqamətində hərəkət edir.

Xatırladaq ki, daha əvvəl Danimarka Müdafiə Nazirliyinin nümayəndəsi Tobias Roed Yensen bildirmişdi ki, əgər Qrenlandiyaya qarşı hücum olarsa, hətta bu hücum ABŞ tərəfindən edilsə belə, Danimarka Silahlı Qüvvələri adanı müdafiə etməyə borclu olacaq.

Seçilən
30
1
ikisahil.az

2Mənbələr