AZ

NASA kosmosdan Yer kürəsinin üzərində qəribə bir fenomen qeydə aldı

Bu fenomen mezosferdə müşahidə olunub.

QHT.az xəbər verir ki, NASA Beynəlxalq Kosmik Stansiyadan Yer atmosferində qeyri-adi bir fenomen qeydə alıb. Məlumata görə, bu hadisə 2024-cü ilin sentyabrında Florida sahillərini vuran Helene qasırğası ilə əlaqəlidir. Alimlər Yer səthindən təxminən 88 kilometr yüksəklikdə, atmosferin mezosfer qatında dalğaya bənzər pozuntular aşkarlayıblar. Qeyd olunur ki, bu müşahidələr güclü hava hadisələrinin təkcə Yer səthinə deyil, atmosferin yuxarı təbəqələrinə də təsir göstərdiyini sübut edir.

NASA-nın BKS-ə quraşdırılmış Atmosfer Dalğalarının Tədqiqi (AWE) cihazı bu dalğaları qeydə alıb. Mütəxəssislərin fikrincə, bu cür dəyişikliklər peyklərin fəaliyyəti üçün risk yarada bilər və onların öyrənilməsi kosmik təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

R.İmanov

Seçilən
101
qht.az

1Mənbələr