AZ

Kəlbəcərdən başlayan vizual yol: Azad bölgələr kadrlarda

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Modern.az xəbər portalı yeni vizual layihəyə start verir.

Azad edilmiş rayonlardan çəkilən fotoları və videoları bizimlə bölüşməyə dəvət edirik. Layihənin ilk mərhələsi Kəlbəcər rayonundan olan kadrlarla başlayır.

Məqsədimiz azad bölgələrdə real həyatın, insanların hisslərinin, gündəlik anların obyektiv və səmimi şəkildə nümayişidir. Göndərilən hər bir foto və video bizim üçün dəyərlidir, çünki bu kadrlar bölgələrin bugünkü nəfəsini əks etdirir.

Təqdim olunan materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər sertifikatla mükafatlandırılacaq. Eyni zamanda ən yaxşı 10 foto Modern.az Gallery-də dərc olunacaq.

Rayonundan bir foto və ya video paylaş, bu vizual qalereyanın qurucularından biri ol.

 Fotolar və videolar +994 51 594 26 56 nömrəsinə göndərilməlidir.

Azad bölgələr bu dəfə sizin baxış bucağınızla danışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
2
modern.az

3Mənbələr