AZ

İctimai mənəviyyata zidd məzmunla bağlı qanunvericilik sərtləşdirildi

Azərbaycan Respublikasında ictimai mənəviyyatı və milli-mənəvi dəyərləri qorumaq məqsədilə qanunvericiliyə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa yeni maddə əlavə olunub. Müvafiq dəyişiklik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənib.

Qanuna əlavə edilən 13-2.3.6-1-ci maddəyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin təsvirinə və ya yayımına yol verilməyəcək. Buraya əxlaqsız ifadələrin səsləndirilməsi, qeyri-etik jestlərin edilməsi, həmçinin insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatlar daxildir.

Seçilən
35
teleqraf.com

1Mənbələr