AZ

Rusiyada Şıxlinskini və Səfərovları mühakimə edirlər | VİDEO

AzVision.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, müttəhimlər kürsüsündə Şıxlinski, Məzahir, Akif, Ayaz, Bəkir və Əhliman Səfərov qardaşları, həmçinin Şücayəddin Rəcəbov oturublar.

Onlar qətldə, adam öldürməyə cəhddə, qətldə iştirakda və dövlət məmuruna qarşı zorakılıqda ittiham olunurlar. Müttəhimlər bu ittihamları rədd edirlər.

Xatırladaq ki, ötən il iyunun 27-də Rusiyanın təhlükəsizlik qüvvələri Yekaterinburqda Səfərovlar ailəsinin üzvlərinin yaşadığı müxtəlif ünvanlarda əməliyyat keçirib. Əməliyyat zamanı Hüseyn və Ziyəddin Səfərov qardaşları ölümcül döyülüb, bir neçə nəfər, o cümlədən qətlə yetirilənlərin qardaşı Bəkir Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yekaterinburq cinayətinin pərdəarxası
Daha sonra Şahin Şıxlinski və oğlu Mütvala Şıxlinski Yekaterinburqda həbs olunublar. Mütvala Şıxlinskiyə qarşı dövlət məmuruna zorakılıq tətbiq etmək maddəsi ilə cinayət işi açılıb.

Bu cinayət işi ilə bağlı 2025-ci ilin iyulunda həbs olunan Mütvala Şıxlinski barəsində məhkəmə həbs qətimkan tədbiri seçib. Şahin Şıxlinski ötən il avqustun 2-də Moskvada həbs edilərək Yekaterinburqa aparılıb. Avqustun 24-də isə məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər nazirliyi, bir sıra dövlət qurumalrı və ictimaiyyəti Rusiyada soydaşlarımıza qarşı qeyri-insani hərəkətlərə öz sərt etirazını bildirib. Səfərov qardaşlarının döyülərək öldürülməsi və digər soydalaşlarımızın işgəncələrə məruz qalması ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçirilib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
26
1
azvision.az

2Mənbələr