AZ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq – Qar yağacaq, 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi  gözlənilir.

 

Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.

 

O qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara  keçəcəyi  gözlənilir: “Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə  enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”.

Tarix: 15 Yanvar 2026, 15:02   
Seçilən
14
49
pravda.az

10Mənbələr