ain.az, Lent az saytına istinadən bildirir.
Bakının Nizami rayonu Naxçıvansiki küçəsi 1 ünvanında 1 həftədir ki, içməli su yola axır.
Lent.az-a müraciət edən sakinlərin sözlərinə görə, su qıtlığı yarandığı dövrdə içməli suyun yola axması ilə bağlı müvafiq quruma müraciət etsələr də, heç bir tədbir görülməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı müvafiq sukanal idarəsinə məlumat verilib:
"Yaxın müddətdə qəza briqadası ünvana baxış keçirəcək və problem həllini tapacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.