Lənkəran şəhərinin mərkəzi küçələrinin birində suötürücü və selötürücü kanal lil və palçıqdan təmizlənib.
Sakinlərin NOCOMMENT.az -ın Cənub bürosuna verdiyi xəbərə görə, kanaldan çıxarılan lil və palçıq piyada yoluna tökülüb, onların hərəkətinə mane olur:
“Sözügedən küçədə Lənkəran Rayon Mərkəzi Xəstəxanası yerləşdiyi üçün hər gün yolda nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Ona görə piyada olaraq yola çıxa bilmirik. Lil və palçıq səbəbindən də piyada səkisi ilə də getmək mümkün deyil”.
Sakinlər aidiyyəti orqanlardan xahiş edirlər ki, piyada yoluna tökülən lil və palçıq qısa müddətdə ərazidən təmizlənsin.
Turab