AZ

Prezident İlham Əliyev nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında qanun imzalayıb

Bakı. Trend:

"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun qəbuledilib.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Nəqliyyat-ekspedisiyafəaliyyəti haqqında Qanunda öz əksini tapıb.

Bu qanun Azərbaycan ərazisində nəqliyyat-ekspedisiyafəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyənedəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqişəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəfərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yarananmünasibətləri tənzimləyəcək.

Qanunda daşıyıcı, ekspeditor, ekspeditora verilən muzd, müştəri,nəqliyyat-ekspedisiya fəaliyyəti, nəqliyyat-ekspedisiyafəaliyyətinin iştirakçıları, nəqliyyat-ekspedisiya xidmətləri, yük,yük-nəqliyyat sənədi kimi əsas anlayışlar təsbit edilib.

Sənəddə nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçünhüquqi əsaslar, nəqliyyat-ekspedisiya fəaliyyətinin həyatakeçirilməsinin əsas prinsipləri və nəqliyyat-ekspedisiya xidmətləriöz əksini tapıb.

Həmçinin nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövləttənzimləməsinin əsas məqsədləri və dövlətin vəzifələri,nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyimüəyyənləşdirilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
82
4
az.trend.az

5Mənbələr