AZ

İçdiyimiz qazlı sularla bağı ŞOK XƏBƏRDARLIQ

Son illər bazarda satılan qazlı suların tərkibi ilə bağlı ictimai müzakirələr artmaqdadır. Xüsusilə diqqət çəkən məqamlardan biri də təbii mineral sularla süni şəkildə qazlandırılan sular arasındakı fərqdir. Bulaqlardan çıxan məşhur mineral suların bulağından çıxan qazın miqdarı və xarakteri bazarda satılan qazlı sulardakı qaz intensivliyi ilə eyni deyil. Bu isə haqlı olaraq suallar doğurur: Qazlı sulara hansı qazlar vurulur? Bu qazlar təbii mənşəlidirmi, yoxsa texnogen prosesin nəticəsidir? Və ən əsası, bu fərqlilik insan sağlamlığı və ekoloji tarazlıq baxımından hansı riskləri yarada bilər?


Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, bazarda iki cür qazlı sulara rast gəlirik.
Ekoloqun sözlərinə görə, təbii mənbədən çıxan qazlı sular da qazlaşdırıla bilər. Adi sular qazlaşdırılarkən müəyyən filtirlənmədən keçdikdən sonra onlara karbon qazı vurulur. Onun bir qədər tamı və effekti dəyişir. Buna oynaq suları da deyirlər. Bəzi insanlar bu cür suları xoşlayırlar. Adi sudan fərqi yalnız hissiyatdadır. Başqa heç bir fərqi yoxdur. Çünki adi karbon qazıdır. Karbon qazının da insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Biz adi nəfəsalma prosesində də karbon qazı bizim bədənimizdə əmələ gəlir və biz onu havaya buraxırıq. Yaxud bir otaqda, başqalarının buraxdığı karbon qazını biz uduruq. Amma mineral tərkibli “Sirab”, “İstisu”, “Badamlı” kimi sular var ki, bunlar təbii mənbələrdən çıxan mineral sulardır. Bunların tərkibində çoxlu minerallar ola bilir. Kalsium, Maqnezium, Atrium kimi minerallar olur. Qaz da təbii ola bilir. Məsələn, “Turşu” mineral suyunda Təbii qazlanma var. Bir çox istehsal müəssisələrində mineral sulara da karbon qazı vurulur, bəzilərinə isə vurulmur. Ona görə də onların dadı özünəməxsus olur. Əgər bazar qiymətlərinə baxsanız, onların qiyməti bir qədər daha bahadır.

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən vəkil İqbal Rzazadə bildirib ki,Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən içməli sular, alkoqollu və alkoqolsuz içkilər qida məhsullları hesab edilir.
Qeyd olunan Qanunda konkret olaraq içməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair tələblər müəyyənləşdirilmişdir.
Qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması inzibati xətanın və ya cinayət məsuliyyətinin yaranmasına səbəb olur.
Mövzu ilə bağlı AQTA sorğumuzu cavablayacağını bildirib.
Seçilən
139
yenilik.az

1Mənbələr