AZ

Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəyli ilə bağlı şikayəti təmin etməyib.

“Yeni Sabah” xəbər verir ki, bunu o, sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib.

“Bu gün isə Ankara İdarə Məhkəməsi üzərimə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərilib. Xatırladım ki, G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, - G.Hacıbəyli söyləyib.


Telegram kanalımız
Seçilən
121
yenisabah.az

1Mənbələr