AZ

"AccessBank"dan 49 milyon manat xalis mənfəət - HESABAT

"AccessBank"  2025-ci ilin son rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 256,2 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,7 milyon manat və ya 14,1% artım deməkdir.

Bankın faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Belə ki, bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri bir ildə 31,2 milyon manat (14,6%) artaraq 245,2 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz gəlirlərinin 95,7%-ni təşkil edir.

Bankın gəlirliliyində artım göstərən digər istiqamət digər banklarda və maliyyə institutlarında yerləşdirilən depozitlər olub. Bu mənbədən gəlirlər bir ildə 1,4 milyon manat (81,6%) artaraq 3,1 milyon manata çatıb.

Ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri 1,1 milyon manat  3,8 milyon manat təşkil edib.

Faiz xərcləri 100,2 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 milyon manat və ya 19% artım deməkdir.

Faiz xərclərinin artımında əsas rolu cəlb edilmiş kreditlər və depozitlər oynayıb. Bankın depozitlərə görə ödənişləri bir ildə 8 milyon manat (11,7%) artaraq 76,1 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz xərclərinin 76%-ni təşkil edir.

Bankın xərclərində ən kəskin artım isə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər üzrə qeydə alınıb. Bu xərclər bir ildə 7,9 milyon manat (52,2%) artaraq 23 milyon manata çatıb.

Artım fonunda bankın xalis faiz gəliri də yüksəlib. Bankın əsas əməliyyat gəliri olan xalis faiz gəliri bir ildə 15,7 milyon manat (11,2%) artaraq 156 milyon manat təşkil edib.

MƏLUMAT YENİLƏNİR...

Seçilən
116
fed.az

1Mənbələr