“Artıq iki aya yaxındir ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib”.
Modern.az xəbər verir ki, bunu sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli sosial şəbəkədə yazıb.
G.Hacıbəylinin sözlərinə görə, bu gün Ankara İdarə Məhkəməsi onun üzərinə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciəti əsasında İstanbul Valiliyinə sorğu göndərib.