AZ

Bu imtahan üçün əlavə pul alınır Şikayət

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvandakı bəzi dövlət təhsil müəssisələrində keçirilən ödənişli sınaq imtahanlarında iştirak üçün şagird başına əlavə 2 manat "yerpulu" yığılır. 

Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup narazı valideyn məlumat verib. 

Özəl kursların Naxçıvan Müəllimlər İnstitutunda, texniki peşə məktəblərində və sürücülük məktəblərində təşkil etdikləri bu imtahanlarda hər həftə 1500-dən artıq şagird iştirak edir.

Valideynlər iddia edirlər ki, şagirdlərdən yığılan „yerpulu“ birbaşa yerli təhsil narizinin cibinə gedir.Valideynlərdən Səfər Qazıyev deyir ki, əvvəllər imtahan üçün onlardan cəmi on manat yığılırmış:"Özəl kurslarda imtahan qiyməti 10 manatdır. Əvvəl məktəblərdə keçirilirdi, əlavə pul da almırdılar. Sonra şikayət oldu, dedilər ki, məktəblər dövlət müəssisəsidir, kommersiya məqsədli istifadə oluna bilməz. İndi də peşə və sürücülük məktəblərində keçirirlər və bizdən əlavə iki manat „yerpulu“ tələb edirlər, 12 manat ödəməli oluruq. Bəs, indi imtahan keçirdikləri məktəblər dövlət müəssisəsi deyilmi, niyə kommersiya məqsədli imtahan keçirirlər? Hələ bu azmış kimi, 2 manat da artıq alırlar. Dövlət müəssisəsinə niyə „yerpulu“ ödəməliyik? Bu qanunsuzluğa birbaşa nariz yol açır və 2 manatlar da onun cibinə gedir. Sanki dövlətin yox, dədəsinin müəssisəsidir, yerpulu yığır".İmtahanların adı çəkilən müəssisələrdə keçirilməsi buradakı müəllimlərin də narazılığına səbəb olub. Onlar iddia edirlər ki, imtahan keçirən özəl şirkətlər birbaşa nazirliyin çətiri altındadırlar:“Praktiki olaraq dövlət məktəblərinin auditoriyaları sanki icarəyə verilir. Bizə açıq-aşkar deyilir ki, qarışmayın. Hər uşaqdan pul yığılır, məktəb isə sadəcə yer verən tərəf kimi göstərilir. Müəllimlər İnstitutunda keçirilən sınaqlarda iştirakçı sayı 1000 nəfərdən çox, texniki peşə məktəblərinin hr birində bu rəqəm 250 nəfər civarında olur. Bu isə hər sınaq imtahanında minlərlə manatlıq qeyri-rəsmi vəsait dövriyyəsi olduğunu göstərir.Sınaqları əsasən “Naxçıvan Təhsil Mərkəzi”, “Aysberk”, “İstedad” və digər özəl qurumlar keçirir. Həmin mərkəzlər özlərini Təhsil Nazirliyinə bağlı qurum kimi təqdim edərlər. Nazirliyin dövlət müəssisələrində imtahan keçirilməsinə qeyri-qanuni olaraq şərait yaratması bu iddianın həqiqi olduğu fikrini yaradır”.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr